
“AzerGold” QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Kəlbəcərdəki Söyüdlü (Zod) mədənində ilk qazma-partlayış əməliyyatını həyata keçirib.
Tədqiqatların nəticələrinə əsasən, yatağın çıxarıla bilən qalıq ehtiyatları 1,03 milyon unsiya qızıl həcmində qiymətləndirilib. Hazırda layihə üzrə, podratçı şirkətlər də daxil olmaqla, 236 nəfər çalışır. Onlardan 55-i Kəlbəcər rayonunda qeydiyyatda olan vətəndaşlardır.
Layihənin 2026–2029-cu illəri əhatə edən ilkin mərhələsində birbaşa və dolayı yolla təxminən 700 nəfərin işlə təmin olunması, mədənin tam istismar mərhələsində isə bu göstəricinin 1 300 nəfəri keçməsi gözlənilir.


