Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nişanlısını öldürüb, anasını isə ağır yaralayan Valehi hansı cəza gözləyir?

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 32 yaşlı Valeh İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
RegionTV.info 
"musavat.com"-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Valeh İsgəndərov Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan Mehriban Cabbarovanı bıçaqlayaraq öldürüb, anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirib.

Məlum olub ki, Valeh İsgəndərov Mehriban Cabbarovanın nişanlısı olub. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman qız nişanı qaytarmaq istəyib. Valeh də onu bıçaqlayıb. Xatun Cabbarova isə qızını qorumaq istəyərkən bıçaqlayıb.

Valeh İsgəndərova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamla Valeh İsgəndərov 20 ilə yaxın azadlıqdan məhrum edilə bilər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də