
"QHT işi" üzrə ittiham olunan Əhməd Məmmədzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Əhməd Məmmədzadə Əhməd Məmmədzadəyə 2 il sınaq müddəti olmaqla 7 il 6 ay müddətinə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Təqsirləndirilən Əhməd Məmmədzadəyə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 313-cü ( Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.


