Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda qadınlar kişilərdən 389 manat az qazanır

Azərbaycanda qadınlar kişilərdən 389 manat az qazanır

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əməkhaqqı arasında ciddi fərq qalmaqdadır.

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əməkhaqqı 1264 manat, qadınların isə 874,6 manat olub.

Beləliklə, qadınlar kişilərdən orta hesabla 389,4 manat və ya 30,8 faiz az əməkhaqqı alıblar. Başqa sözlə, qadınların orta maaşı kişilərin qazancının təxminən 69 faizinə bərabər olub.

Maaş fərqinin ən yüksək olduğu sahələrdən biri maliyyə və sığorta fəaliyyəti olub. Bu sektorda kişilərin orta aylıq əməkhaqqı 3437,8 manat, qadınların maaşı isə 2016,8 manat təşkil edib. Fərq 1421 manata çatıb.

Peşə, elmi və texniki fəaliyyət sahəsində kişilər orta hesabla 2349 manat, qadınlar 1224,3 manat qazanıblar. Bu sahədə gender üzrə maaş fərqi 1124,7 manat olub.

Mədənçıxarma sənayesində kişilərin orta maaşı 3857 manat, qadınların isə 2884,1 manat təşkil edib. İnformasiya və rabitə sahəsində kişilər 2008,6 manat, qadınlar 1580,3 manat əməkhaqqı alıblar.

Maaş fərqinin nisbətən az olduğu sahələrdən biri təhsildir. Burada kişilərin orta aylıq nominal əməkhaqqı 875 manat, qadınların maaşı isə 788,2 manat olub. Fərq 86,8 manat təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1103,2 manat olub. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də