Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

MİQ-də 81 bal toplayan müəllim nazirlikdən kömək istədi

MİQ-də 81 bal toplayan müəllim nazirlikdən kömək istədi

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsində 81 bal toplamış namizəd Aysel Məmmədova Elm və Təhsil Nazirliyindən kömək istəyib.

 Aysel Məmmədova nazirliyə müraciətini sosial şəbəkədə ictimailəşdirib.

O bildirib ki, 2026-cı ildə keçirilən MİQ imtahanında təsviri incəsənət ixtisası üzrə 81 balla uğur qazanıb və müsahibə mərhələsinə buraxılıb. Lakin MİQ-in müsahibə mərhələsində iştirak edə bilməyib.

“Bakı şəhərində, Azərbaycan Respublikası Təhsil İnstitutunda keçirilən müsahibə mərhələsində iştirak edə bilmədim. Beyləqan rayonunda yaşadığım üçün yolun uzaqlığı və maliyyə imkanlarımın məhdud olması səbəbindən müsahibəyə vaxtında çata bilmədim”.

A.Məmmədova deyib ki, məsələ ilə bağlı Təhsil İnstitutuna müraciət edib, lakin müsbət cavab ala bilməyib.

“Yüksək bal toplamış namizəd kimi xahiş edirəm ki, üzrlü səbəbim nəzərə alınaraq mənim üçün əlavə müsahibə günü təyin edilsin və ya məsələmə yenidən baxılsın”, - deyə o bildirib.

A.Məmmədova müraciətin müsbət baxılacağına ümid edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də