Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib

Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib

Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Amin Novruzov vəfat edib.

O 1960-cı illərin sonundan etibarən Azərbaycan kinosunun bir sıra məşhur filmlərində operator assistenti və ikinci operator kimi fəaliyyət göstərib.

1978-1983-cü illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində V.Yusovun emalatxanasında təhsil alıb.

Quruluşçu operator kimi "Musiqili xaş", "Cin mikrorayonda", "Süd dişinin ağrısı", "Bəxt üzüyü", "Özgə vaxt", "Ləqəbi "İKA"dır", "Arxada qalmış gələcək", "Yalan" filmlərini lentə alıb.

Amin Novruzov 2000-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
AKİ adından həmkarımızın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik.

Allah rəhmət eləsin.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də