Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenskinin ofisində axtarış başladı

Zelenskinin ofisində axtarış başladı

Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Prezident Volodimir Zelenskinin ofisində axtarış aparıb.

 Ali Radanın deputatı Aleksey Qonçarenkonun sözlərinə görə, istintaq hərəkətləri prezident administrasiyasının binasında həyata keçirilir.

Deputatın bildirdiyinə görə, Zelenskinin ofisinə basqın edən şəxslərin kimliyi açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Baş Prokurorluğunun kiber şöbəsinin rəhbəri Sergey Kropiva Kiyevdə saxlanılıb. NABU-nun da həmin şöbədə axtarış apardığı bildirilib.

Əlavə məlumat açıqlanmayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də