Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

AYNA yolların xətlənməsinə 37 milyon manat xərcləyəcək

AYNA yolların xətlənməsinə 37 milyon manat xərcləyəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində yollarda xətlənmə işlərinin satın alınması ilə bağlı açıq tender elan edilib.

Tenderin yekun qiyməti 36 milyon 795 min manat təşkil edib.

Sənədlərdə göstərilən işlər arasında 2 milyon kvadratmetr düz xəttin (soyuq boya) çəkilməsi, 100 kvadratmetr düz xəttin (termoplastik isti boya) çəkilməsi, 49 458 kvadratmetr soyuq boya ilə əl işləri, 41 min kvadratmetr xəttin su jeti texnikası ilə silinməsi, 2 min kvadratmetr xəttin qara boya ilə silinməsi, 130 kvadratmetr yerə yapışan simvolların tətbiqi və digər işlər yer alır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də