
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Soçi şəhərinə zərbələr endirib.
Şəhərdə yerləşən “Rosneft-Kubannefteprodukt” neft bazasına hücum olub. Hücumdan sonra obyektdə yanğın başlayıb.
Hadisə ilə əlaqədar Soçi hava limanının fəaliyyəti təxminən 11 saat məhdudlaşdırılıb. 100-dən çox aviareys gecikdirilib və ya ləğv edilib, onlarla təyyarə isə havaya qalxa və ya Soçiyə enə bilməyib. Dron hücumundan sonra neft bazasındakı yanğınla əlaqədar şəhərdə havanın keyfiyyəti də ölçülür. Səhər saatlarında Soçi sakinləri səmanın qara tüstü ilə örtüldüyünü bildiriblər.
Soçi meri Andrey Proşunin bildirib ki, hazırda neft bazasında baş verən yanğının söndürülməsi davam etdirilir.


