Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərzaq bahalaşır, maaş və pensiyalar isə...

RegionTV.info 
"Büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqına, həmçinin pensiyalara yenidən baxılmalıdır".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yanacağın bahalaşmasının ərzaq məhsullarının qiymətinə təsirindən danışarkən bildirib.

V.Əhmədov qeyd edib ki, mütəmadi olaraq, bu istiqamətdə dövlət başçısı tərəfindən işlər həyata keçirilir:

“Amma indiki bahalaşma fonunda düşünürəm ki, maaş və pensiyalara yenidən baxılmalıdır. Çünki bahalaşma çox sürətlə gedir. Fevralın 1-dən yaz sessiyası öz işinə başlayır, hesab edirəm ki, parlamentdə də bu məsələyə baxılacaq”
modern.az.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də