Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Millimizin baş məşqçisi işdən çıxarıldı

Millimizin baş məşqçisi işdən çıxarıldı

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya ilə yollar ayrılıb.

Azərbaycan Basketbol Federasiyasından (ABF)bildirilib ki, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.

2022-ci ildən ABF-də fəaliyyət göstərən türkiyəli mütəxəssis bu müddətdə qadınlardan ibarət əsas milliyə, həmçinin U-16, U-18 və U-20 qız yığmalarına rəhbərlik edib. O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandaların başında yer alıb.

Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli 2023-cü və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 yığması isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də