Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dərnəgül tikinti bazarı köçürülür - GÖRÜNTÜ

Dərnəgül tikinti bazarı köçürülür - GÖRÜNTÜ

Satıcılara köçürülmə ilə bağlı xəbərdarlıq edilib, lakin gedəcəkləri ünvan bəlli deyil.

Bura paytaxtın tikinti materialları ilə bağlı əsas ticarət məkanlarından biri olan Dərnəgül bazarıdır.

Bazarda fəaliyyət göstərən sahibkarlar iş yerlərini tərk etmələri ilə bağlı xəbərdarlıqlar aldıqlarını bildirirlər. Onlar deyirlər ki, bizim əsas sualımız haraya köçürüləcəyimiz haqqındadır.

Sahibkarların sözlərinə görə, onlara hazırda əllərində olan malları satmaqla bağlı problem olmadığı bildirilib. Lakin yeni məhsulların bazara gətirilməsi məsələsində vəziyyət fərqlidir.

Hazırda bazarda fəaliyyət göstərən sahibkar və işçilərin əsas gözləntisi isə məsələyə aydınlıq gətirilməsidir. Onlar bildirirlər ki, ərazini tərk etməli olduqları halda, fəaliyyətlərini harada davam etdirəcəkləri və bunun hansı şərtlərlə həyata keçiriləcəyi əvvəlcədən açıqlanmalıdır.

Daha ətraflı videomaterialı təqdim edirik.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də