Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Belarus İrəvan konyakına qadağa qoydu

Belarus İrəvan konyakına qadağa qoydu

Belarusda Ermənistan istehsalı olan “Yerevan 2800” markalı konyakın satışına qadağa qoyulub.

Bu barədə Belarusun Dövlət Standartlaşdırma Komitəsinin reyestrində məlumat yerləşdirilib.

Bildirilib ki, Ermənistanın Armavir bölgəsində fəaliyyət göstərən “MAP” QSC-nin istehsal etdiyi səkkizillik “Yerevan 2800” konyakı Gömrük İttifaqının texniki reqlamentlərinin tələblərinə cavab vermir. Məhsul təhlükəli hesab olunub.

Komitənin məlumatına görə, aparılan sınaqlar zamanı konyakdakı aşı maddələrinin kütlə konsentrasiyası normadan aşağı çıxıb. Minimum göstərici 0,3 q/dm³ olmalı olduğu halda, məhsulda bu rəqəm 0,14 ± 0,01 q/dm³ təşkil edib.

“Məhsula müəyyən növ məhsulun xarici görünüşü və ayrı-ayrı xüsusiyyətləri verilsə də, onu təqdim edildiyi məhsul kimi eyniləşdirmək mümkün deyil”, – deyə Belarusun Dövlət Standartlaşdırma Komitəsindən bildirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də