Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Elvin Cəfərquliyev əməliyyat olunub

Elvin Cəfərquliyev əməliyyat olunub"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.

Modern.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"su ilə cavab oyununda zədələnən müdafiəçinin əməliyyatı uğurla başa çatıb.

Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanıb.

Cəfərquliyevin müalicə və bərpa prosesi "Qarabağ"ın tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də