Aktyor Sezer İnanoğlunun keçmiş arvadı Mehtap Meral İnanoğlu haqqındakı iddialar səs-küyə səbəb olmuşdu.
RegionTV.info türk mediasına istinadən xəbər verir ki, sənətçinin sözlərinə görə xanımı ona "Qızını almaq istəyirsənsə, 5 milyon dollar verməlisən" sözünü deyib.
Mehtap Sezeri yalan danışmaqda günahlandırdı. O, övladını çox sevdiyini, keçmiş ərinin ona şər atdığını bildirib. "Sezer İnanoğlu yalançı şahidlər tapıb. İki gözündə qüsur olan övladını ifşa edib. O, öz maddi maraqlarını övladından üstün tutub. Şiddət, təcavüz, yalan danışmaq kimi iddialar irəli sürüb. Lazımi yerlərə şikayət edəcəm. Mən yaxşı anayam" deyə, Mehtab bildirib.
axşam.az
Xəbəri paylaş