Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ayaqqabısında Azərbaycana patron gətirdi - FOTO

Moskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşının əl yükündə odlu silaha aid patronlar aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxsin əl yüklərinə stasionar rentgen qurğusunda keçirilən baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunub. Daha sonra aparılan yoxlama nəticəsində əl yükündəki ayaqqabının içərisində gizlədilən 11 ədəd patron aşkar edilib.

Ekspertiza tədqiqatı nəticəsində patronların zavod üsulu ilə istehsal edilən 9x18 mm kalibrli, atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

patron.jpg (155 KB)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də