Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Blogeri ağaca bağlayıb yandırdılar - Hindistanda dəhşət

Hindistanın Pəncab əyalətində qandonduran hadisə baş verib.

28 yaşlı sosial media fenomeni Manjeet Kaurun iki tanıdığı şəxs tərəfindən qaçırılıb.

Dəhşətlisi budur ki, gənc qadın tanıdığı şəxslər tərəfindən işgəncələrə məruz qalıb, ağaca bağlanılıb və və onda diri-diri yandırılıb.

Belə ki, Kaurun anası Kanta Devinin polisə verdiyi məlumata görə, hadisə 3 iyul gecəsi baş verib. İddialara görə, Kaur Çandiqarxdakı bir məhəllədə iki tanışı ilə görüşmək üçün çağırılıb. Ana iddia edir ki, qızı daha sonra zorla maşına mindirilərək Morinda yaxınlığındakı meşəlik əraziyə aparılıb, orada döyülüb, tut ağacına bağlanıb və yandırılıb.

Hadisə yerinə gələn bir nəfərin Kauru alov içində tapdığı və yorğanla örtərək yanğını söndürdüyü bildirilir. Təxminən iki ay ağır yanıqlarla həyatı uğrunda mübarizə aparan Kaur avqustun 26-da vəfat edib. Tibbi ekspertiza hesabatında gənc qadının ölümü zamanı təxminən 7 həftəlik hamilə olduğu ortaya çıxıb./Unikal/


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də