Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO 

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO 

Xalq artisti Röyanın keçmiş qayınatası, məşhur “Çudo peçka” şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra həbsdən azadlığa çıxıb.

Bu barədə məlumatı jurnalist Ülviyyə Alovlu yayıb.

Çingiz Cəlilov “Bank Standard”ın keçmiş İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21,874 milyon manat krediti qanunsuz çıxarmaqda təqsirli bilinib. O, 2017-ci ildə həbs olunmuşdu.

Ç.Cəlilov özü təqsirli olmadığını və kreditin çox hissəsinin ona çatmadığını deyirdi.
 
Yeri gəlmişkən, Çingiz Cəlilov “Yol əhvalatı” filminin ssenari müəllifi Asim Cəlilovun oğludur.

Xatırladaq ki, Çingiz Cəlilovun oğlu Anar Cəlilov ilə müğənni Röya bir neçə il evlilik yaşamış, sonra boşanmışdılar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də