Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağdam və Bərdə rayonları üzrə özünüməşğulluq proqramı iştirakçıları da yeni təlimlərdə iştirak edə biləcək






Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşlığı çərçivəsində özünüməşğulluq proqramının Ağdam və Bərdə rayonlarındakı iştirakçıları da Cəmiyyətin təşkil etdiyi texniki təlimlərdə iştirak edə biləcək.

“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” layihəsi çərçivəsində keçiriləcək təlimlərdə heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişaf etdirilməsinə dair bilik və bacarıqlar aşılanacaq.

Məqsəd iştirakçılara, o cümlədən özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına heyvandarlıq və quşçuluq təsərrüfatları yaratmış şəxslərə bizneslərini inkişaf etdirməkdə dəstək verməkdir.

İştirakçılara 24 gün nəzəri, 8 gün praktik sahə təlimləri keçiriləcək.

Nəzəri təlimlər onlayn, sahə təlimləri isə karantin qaydalarına (maskalardan və qoruyucu vasitələrdən istifadə, sosial məsafənin saxlanması) əməl olunmaqla təşkil ediləcək.

Təlimlərə qoşulmaq istəyən Ağdam və Bərdə rayonları üzrə özünüməşğulluq proqramı iştirakçıları (proqramın dəstəyi ilə heyvandarlıq və quşçuluq təsərrüfatları yaratmış şəxslər) sentyabrın 1-ə qədər müvafiq Ərazi Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də