
"OpenAI" şirkətinin süni intellekt əsaslı chatbotu "ChatGPT"nin işində bir sıra ölkələrdə qlobal nasazlıq qeydə alınıb.
Bu barədə "Downdetector" xidmətinin məlumatları xəbər verir.
İstifadəçilər "ChatGPT"dən istifadə zamanı problemlərlə üzləşdiklərini bildiriblər. Nasazlığın səbəbi və problemin aradan qaldırılması ilə bağlı hələlik "OpenAI" tərəfindən rəsmi açıqlama verilməyib.


