
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 15 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü Gülnar Qurbanova avtobusdan düşərək yolu keçmək istəyəndə “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub.
Qəza nəticəsində xəsarət alan 15 yaşlı qız Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


