
RegionTV.info "APA"-ya istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.
O bildirib ki, əgər bu şərait davam edərsə, praktika da mümkündür: “Ümid edirəm ki, aprel-may aylarına vəziyyət belə davam edərsə, praktika olacaq. Vəziyyət pisləşərsə, insanların sağlamlığını daha irəli tuturuq”.
Nazir qeyd edib ki, pandemiya dövründə yəqin ki, sertifikasiya olmayacaq: “Sertifikasiyanın keçirilməsi istəyirik və düşünürük. Yaxın 6 ay ərzində bunun olmasını düşünmürük. İlin ikinci yarısı isə situasiyadan asılı olaraq qərar veriləcək”.