Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan nefti bahalaşdı - büdcə qiymətini geridə qoydu

Azərbaycan nefti bahalaşdı - büdcə qiymətini geridə qoydu

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi artıb.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,58 ABŞ dolları və ya 0,63 % artaraq 92,89 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də