
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Rusiyada saxlanılan amerikalıların azadlığa buraxılmasına nail olub.
Bu barədə The Wall Street Journal məlumat yayıb.
Qəzetin məlumatına görə, Retkliffi Moskvaya danışıqlar aparmaq üçün şəxsən ABŞ Prezidenti Donald Tramp göndərib.
Bildirilir ki, MKİ rəhbəri Rusiya tərəfi ilə amerikalı məhbusların azad edilməsi məsələsini müzakirə edib və nəticədə onların sərbəst buraxılmasına nail olub.
Lakin hazırda Rusiya və ABŞ hakimiyyətləri amerikalıların azad edilməsi və ya iki ölkə arasında hər hansı məhbus mübadiləsinin baş tutması barədə rəsmi açıqlama verməyiblər.


