
Azərbaycanda internetdən istifadə edənlərin sayı son illərdə artmaqda davam edib. 2025-ci ildə ölkə üzrə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 91,5 nəfərə çatıb.
Bu göstərici 2021-ci ildə 86,7, 2022-ci ildə 88,1, 2023-cü ildə 89,2, 2024-cü ildə isə 90,8 nəfər olub.
Beləliklə, 2021-2025-ci illərdə ölkə üzrə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 4,8 nəfər artıb.
2025-ci ildə ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb. Paytaxtda hər 100 nəfərə 95,1 internet istifadəçisi düşüb. 2021-ci ildə Bakıda bu göstərici 93 nəfər idi.
İqtisadi rayonlar arasında Bakıdan sonra ən yüksək göstərici Abşeron-Xızı iqtisadi rayonunda olub - hər 100 nəfərə 93,5 internet istifadəçisi. Burada Sumqayıt şəhərində göstərici 94, Abşeron rayonunda 93,2, Xızı rayonunda isə 88,5 nəfər təşkil edib.
Gəncə-Daşkəsən iqtisadi rayonunda hər 100 nəfərə 91,3 internet istifadəçisi düşüb. Gəncə şəhərində göstərici 93, Göygöldə 89,7, Naftalanda 89,6, Samuxda 89,5, Goranboyda 89, Daşkəsəndə isə 88,7 nəfər olub.
Quba-Xaçmaz iqtisadi rayonunda göstərici 90,6 nəfər təşkil edib. Xaçmazda hər 100 nəfərə 90,8, Qubada 90,7, Siyəzəndə 90,5, Qusarda və Şabranda isə 90,3 internet istifadəçisi düşüb.
Qazax-Tovuz iqtisadi rayonunda bu göstərici 90,3 nəfər olub. Tovuzda hər 100 nəfərə 90,8, Qazaxda 90,7, Şəmkirdə 90,5, Ağstafada 89,7, Gədəbəydə isə 89,1 internet istifadəçisi düşüb.
2025-ci ildə Lənkəran-Astara iqtisadi rayonunda göstərici 90,2, Mərkəzi Aran iqtisadi rayonunda 90,1, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında 89,9, Şəki-Zaqatala iqtisadi rayonunda 89,6, Dağlıq Şirvan iqtisadi rayonunda isə 89,4 nəfər təşkil edib.
Qarabağ iqtisadi rayonunda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 88,8 olub. Ağcabədidə göstərici 89,8, Bərdədə 89,7, Tərtərdə 88,2, Füzulidə 88,1, Ağdamda isə 88 nəfər təşkil edib.


