
2026-cı ilin ilk yarısında işğaldan azad olunmuş ərazilər üzrə 3283 doğum qeydə alınıb.
Bu barədəDövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, yanvar-iyun aylarında doğulan uşaqların 1799-u oğlan, 1484-ü qızdır.
Cari ilin ilk 6 ayında ən çox doğum Ağdam rayonunda qeydə alınıb. Rayonda 897 uşaq doğulub ki, onların 502-si oğlan, 395-i qızdır. Doğulanların 243-ü şəhər, 654-ü kənd yerlərinin payına düşüb.
Sonrakı yerlərdə Füzuli rayonu 585 doğumla qərarlaşıb. Burada doğulanların 314-ü oğlan, 271-i qızdır. Onlardan 148-i şəhər, 437-si kənd yerlərində qeydə alınıb.
Laçın rayonunda 419 uşaq doğulub. Onların 222-si oğlan, 197-si qızdır. Doğumların 80-i şəhər, 339-u kənd yerlərində qeydə alınıb.
Kəlbəcər rayonunda isə 411 doğum qeydə alınıb. Doğulanların 247-si oğlan, 164-ü qız olub. Onlardan 66-sı şəhər, 345-i kənd yerlərinin payına düşüb.
Cəbrayıl rayonunda 345 uşaq doğulub. Onların 184-ü oğlan, 161-i qızdır. Doğumların 77-si şəhər, 268-i kənd yerlərində qeydə alınıb.
Zəngilan rayonunda ilin ilk yarısında 161 doğum qeydə alınıb. Doğulanların 87-si oğlan, 74-ü qız olub. Onlardan 75-i şəhər, 86-sı kənd yerlərində dünyaya gəlib.
Qubadlı rayonunda 150 doğum qeydə alınıb. Uşaqların 79-u oğlan, 71-i qızdır. Doğumların 34-ü şəhər, 116-sı kənd yerlərinin payına düşüb.
Şuşa rayonunda 111 uşaq doğulub. Onların 57-si oğlan, 54-ü qızdır. Doğulanların 86-sı şəhər, 25-i kənd yerlərində qeydə alınıb.
Xocalı rayonunda 97 doğum qeydə alınıb. Burada 54 oğlan və 43 qız doğulub. Doğumların 51-i şəhər, 46-sı kənd yerlərində qeydə alınıb.
Xocavənd rayonunda 67 uşaq doğulub. Onların 34-ü oğlan, 33-ü qızdır. Doğumların 10-u şəhər, 57-si kənd yerlərinin payına düşüb.
Ağdərə rayonunda 32 doğum qeydə alınıb. Doğulanların 14-ü oğlan, 18-i qızdır və bütün doğumlar kənd yerlərində qeydə alınıb.
Xankəndi şəhərində isə yanvar-iyun aylarında 8 uşaq doğulub. Onların 5-i oğlan, 3-ü qızdır.
Ümumilikdə, 2026-cı ilin ilk 6 ayında qeydə alınan 3283 doğumun 878-i şəhər, 2405-i kənd yerlərinin payına düşüb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci il ərzində işğaldan azad olunmuş ərazilər üzrə ümumilikdə 7629 uşaq doğulub. Onların 4130-u oğlan, 3499-u qız olub. Ötən il doğumların 2008-i şəhər, 5621-i isə kənd yerlərində qeydə alınıb.
2025-ci ildə də ən yüksək göstərici 2059 doğum olmaqla Ağdam rayonunda olub. Bundan əlavə, Füzulidə 1476, Laçında 937, Kəlbəcərdə 936, Cəbrayılda 733, Zəngilanda 393, Qubadlıda 379, Şuşada 243, Xocalıda 199, Xocavənddə 146, Ağdərədə 97, Xankəndi şəhərində isə 31 doğum qeydə alınıb.


