Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Elektron diplomların tərtibatı ilə bağlı maraqlı məqam - GÖRÜNTÜ

Elektron diplomların tərtibatı ilə bağlı maraqlı məqam - GÖRÜNTÜ

Azərbaycanda ali təhsil haqqında dövlət sənədlərinin elektron formada təqdim olunması diplomların vizual tərtibatında ali məktəblər arasında müəyyən fərqlərin olduğunu üzə çıxarıb.

Modern.az-ın əldə etdiyi 2026-cı ilə aid elektron diplom nümunələrində bu baxımdan diqqətçəkən məqam qeydə alınıb.

Belə ki, Bakı Dövlət Universitetinin məzununa təqdim olunan fərqlənmə diplomunda sənədin növünü bildirən “FƏRQLƏNMƏ” sözü diplomdakı digər məlumatlarla eyni rəngdə - qara-boz formada əks olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzununa təqdim edilən elektron fərqlənmə diplomunda isə “FƏRQLƏNMƏ” sözü qırmızı rənglə göstərilib.

Beləliklə, hər iki sənəddə diplomun növü eyni - “Fərqlənmə” kimi qeyd olunsa da, bu məlumatın vizual təqdimatında universitetlər arasında fərq müşahidə edilir.

Mövcud fərq elektron diplomların tərtibatının ali təhsil müəssisələri üzrə vahid vizual standart əsasında hazırlanıb-hazırlanmaması məsələsini gündəmə gətirir.

Qeyd edək ki, məsələ ilə bağlı Modern.az tərəfindən aidiyyəti quruma sorğu ünvanlanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də