
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyinatı olub.
Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Teymur Adışirin oğlu Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, T.Mirzəbəyli bundan əvvəl TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri vəzifəsində çalışırdı.



