Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran Netanyahunun oğlunu öldürməyə cəhd edib 

İran Netanyahunun oğlunu öldürməyə cəhd edib 

İran İsrail Baş naziri Benyamin Netanyahunun oğullarından birinə sui-qəsd etməyə cəhd edib.

O bu barədə “Channel 14” telekanalına telefon müsahibəsində danışıb. O, İranın oğullarından birini hədəfə aldığını və onu öldürməyə çalışdığını bildirib.

“İran oğullarımdan birini hədəfə aldı. İran oğullarımdan birini öldürməyə cəhd edib”, - deyə Netanyahu bildirib.

İsrail hökumət başçısı konkret olaraq hansı oğlunun hədəfə alındığını açıqlamayıb. Sui-qəsd cəhdinin nə vaxt və hansı üsulla həyata keçirilməyə çalışıldığı barədə də məlumat verilməyib.

Netanyahu bu açıqlamanı İsraildə baş nazirliyə namizədlərin təhlükəsizliyi ilə bağlı müzakirə zamanı verib. O, İsrailin Daxili Təhlükəsizlik Xidməti – Şin Bet-in rəhbəri ilə danışdığını və baş nazirliyə namizədlərin lazımi səviyyədə qorunmasını istədiyini bildirib.

Baş nazir ailəsinə verilən təhlükəsizliyin “lüks olmadığını” vurğulayıb və mühafizə tədbirlərinin zəiflədilməsi halında İranın belə cəhdlərdə uğur qazana biləcəyini deyib.

Netanyahunun üç övladı var - qızı Noa və oğulları Yair və Avner. İsrail mediasının məlumatına görə, onun oğullarına təhlükəsizlik mühafizəsinin verilməsi ilə bağlı qərar da qəbul edilib. Yair və Avnerin mühafizəsinin Netanyahunun vəzifədən ayrılmasından sonra da müəyyən müddət davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu, İran tərəfindən Netanyahunun ailəsinə qarşı mümkün sui-qəsd planı ilə bağlı ilk belə iddia deyil. 2024-cü ilin oktyabrında Netanyahunun Qeysəriyyədəki iqamətgahına pilotsuz uçuş aparatı ilə hücum edilmiş, İsrail baş naziri hadisəni özünə və ailəsinə qarşı sui-qəsd cəhdi kimi qiymətləndirmişdi.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də