Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qonşu ölkədə hökumət nəhəng gölü 19 illiyə su qiymətinə icarəyə verdi

Gürcüstanda Bateti gölünün yerləşdiyi böyük torpaq sahəsi uzunmüddətli icarəyə verilib.

Gürcüstanın Dövlət Əmlakı Agentliyi Kareli bələdiyyəsinin Orbodzali kəndində yerləşən, ümumi sahəsi 27 813 kvadratmetr olan ərazini elektron hərraca çıxarıb. Bateti gölünün də daxil olduğu torpaq sahəsi 19 il müddətinə icarəyə verilib.

Hərracın qalibi ərazini illik 17,2 min lari (təxminən 6560 dollar) icarə haqqı müqabilində götürüb.

Müqavilənin şərtlərinə əsasən, icarəçi ilk iki il ərzində ərazinin saxlanılması və abadlaşdırılmasına ən azı 80 min lari (təxminən 30,5 min dollar) sərmayə yatırmalıdır. Bu işlərə Bateti gölünün təmizlənməsi də daxildir.

Eyni zamanda, icarəçi ərazidə polimetal ehtiyatlarının geoloji kəşfiyyatı və hasilatı üçün lisenziyaların verilməsinə mane olmamalıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də