Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Sabah”ın tarixi matçı ona tapşırıldı

“Sabah”ın tarixi matçı ona tapşırıldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Sabah” və İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında keçiriləcək cavab görüşünün hakim təyinatları açıqlanıb.

Avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi İştvan Kovaç olacaq. Ona yan xətt hakimləri Mihay Marika və Ferens Tunyoqi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şabolç Kovaç yerinə yetirəcək.

VAR hakimi almaniyalı Bastian Dankert, köməkçisi isə rumıniyalı Ketelin Popa olacaq.

Qeyd edək ki, “Sabah” – “Hapoel” (Beer-Şeva) qarşılaşması saat 20:45-də başlayacaq. Komandalar arasında ilk görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də