Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda kişi evini yandırdı - YENİLƏNİB

Bakıda kişi evini yandırdı - YENİLƏNİB

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən yaşayış binasının üçüncü mərtəbəsində qeydə alınıb.

Yanğının həmin ünvanda yaşayan şəxslər arasında şəxsi münaqişə zəminində törədildiyi bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunublar.

Yanğın söndürülüb və alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də