Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İran müdafiədən hücuma keçdiyini açıqladı

İran müdafiədən hücuma keçdiyini açıqladı

İran ordusu ölkənin hərbi doktrinasının müdafiə xarakterindən hücum xarakterinə keçdiyini açıqlayıb.

Bunu İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminia bildirib.

Onun sözlərinə görə, bu dəyişiklik son müharibələr zamanı əldə edilən təcrübə əsasında tədricən formalaşıb. Əkrəminia bildirib ki, yeni yanaşma mütləq şəkildə qabaqlayıcı hücumların həyata keçirilməsi demək deyil.

Generalın sözlərinə görə, yeni hərbi doktrinanın əsas elementlərindən biri İrana qarşı istənilən hücuma dərhal cavab verilməsi və cavabın ilkin hücumdan daha geniş miqyasda ola bilməsidir.

Əkrəminia İranın əvvəlki müharibələr zamanı daha sürətli və genişmiqyaslı cavab tədbirləri həyata keçirməsinin yeni strategiyanın formalaşmasına təsir etdiyini deyib.

İran rəsmisinin açıqlaması ABŞ-la Tehran arasında gərginliyin və Hörmüz boğazı ətrafında qarşıdurmanın artdığı bir vaxtda səslənib. Son günlər İran tərəfi hərbi qarşıdurmanın genişlənməsi halında daha sərt cavab verə biləcəyinə dair mesajlar verir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də