Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu yay Azərbaycanda heç kim qarpızdan zəhərlənməyib - AÇIQLAMA

Bu yay Azərbaycanda heç kim qarpızdan zəhərlənməyib - AÇIQLAMA

2026-cı ilin yay mövsümündə Azərbaycanda qarpız istehlakı ilə əlaqəli təsdiqlənmiş zəhərlənmə halı qeydə alınmayıb.

Bu barədəAzərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yay mövsümündə qarpız istehlakından sonra zəhərlənmə şübhəsi ilə bağlı Agentliyə daxil olan müraciətlər araşdırılıb.

“Aparılan araşdırmaların nəticələrinə əsasən, qarpız istehlakı ilə əlaqəli zəhərlənmə halı təsdiqlənməyib”, - məlumatda qeyd olunub.

AQTA istehlakçılara qarpız və digər mövsümi məhsulları etibarlı satış məntəqələrindən almağı, məhsulların xarici görünüşünə və gigiyenik vəziyyətinə, eləcə də satış və saxlanma şəraitinə diqqət yetirməyi tövsiyə edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də