Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadının faciəsi - FOTO

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadının faciəsi - FOTO

Bakıda 23 yaşlı qadın hamiləliyini sonlandırdıqdan sonra güclü qanaxmadan vəfat edib.

Tovuz rayon sakini Lalə Quliyevanın hamiləliyi TƏBİB-in tabeliyində olmayan özəl tibb müəssisələrinin birində sonlandırılıb. Daha sonra qadın evə aparılıb. Bir müddət sonra onda güclü qanaxma baş verib və həyatını itirib.

Bildirilib ki, L.Quliyeva təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə çatdırılıb.

Qeyd edək ki, Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra o, abort etdirmək qərarına gəlib.

Mərhum bir qız övladı anası olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də