Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda bu şəxslərin mənzilləri pulsuz təmir olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri pulsuz təmir olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yaşayış kompleksindəki mənzillərin cari təmiri ilə bağlı satınalma elan edilib.

Satınalma çərçivəsində kompleksdə yerləşən 52 binadakı ümumilikdə 606 mənzildə cari təmir işlərinin aparılması nəzərdə tutulur.

Bu məqsədlə 3 milyon 402 min manat vəsait müəyyənləşdirilib.

Təmir işləri nəticəsində mənzillərin texniki və məişət baxımından vəziyyətinin yaxşılaşdırılması, mövcud çatışmazlıqların aradan qaldırılması və sakinlər üçün daha əlverişli yaşayış şəraitinin yaradılması planlaşdırılır.

(Banker)


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də