Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək

Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi Türk Akademisyenler Birliyinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konqresdə iştirak edəcək.

“Ganira Paşayeva və Türk Dünyası: Ədəbiyyat, Mədəniyyət, Siyasət və Birlik İdealı” mövzusunda beynəlxalq konqres 27–28 sentyabr 2026-cı il tarixlərində keçiriləcək.

Təşkilatdan verilən məlumata görə, konqres Qənirə Paşayevanın Türk dünyasının ədəbi, mədəni və siyasi əlaqələrinin inkişafında göstərdiyi fəaliyyətə, onun Türk dünyasının birliyi ideyasına verdiyi töhfələrə həsr olunacaq.

Beynəlxalq tədbirdə Türk dünyasının müxtəlif ölkələrindən alimlərin, akademiklərin, tədqiqatçıların və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, Qənirə Paşayeva Türk dünyasının birliyi və Azərbaycan-Türk dünyası əlaqələrinin inkişafı istiqamətində fəaliyyəti ilə tanınıb. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də