Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

6 maşını, 2 marketi soyan şəxs saxlanıldı

6 maşını, 2 marketi soyan şəxs saxlanıldı

Abşeron rayonunda müxtəlif vaxtlarda 6 avtomobildən pul vəsaitləri, mobil telefonlar, səsgücləndiricilər və digər qiymətli əşyalar oğurlanıb.

Bu barədəDİN-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı C.Mikayılov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yerləşən iki marketdən oğurluq etdiyi də məlum olub.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də