Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Bakıda məşhur pub-restoran 1,1 milyona SATIŞDA

Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “Al Capone’s Baku” pub-restoranının yerləşdiyi kommersiya obyekti satışa çıxarılıb.

 “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən obyekt üçün 1 milyon 100 min manat qiymət müəyyənləşdirilib.

Elan məlumatlarına görə, pub və restoran kimi fəaliyyət göstərən obyektin ümumi sahəsi 380 kvadratmetrdir. Birinci mərtəbədə yerləşən məkan təmirli və əşyalıdır.

Daşınmaz əmlakın çıxarışının (kupça) olduğu bildirilir.

Obyekt paytaxtın gediş-gəlişin intensiv olduğu ərazilərindən birində yerləşir. Ətrafda banklar, ticarət və iaşə müəssisələri, eləcə də müxtəlif xidmət obyektləri fəaliyyət göstərir. Metrostansiyaya yaxın yerləşməsi məkanın əlçatanlığını artırır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də