
2026–2027-ci tədris ili üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 1 nömrəli idman liseyinin və “Vətən” idman liseyinin V sinfinə, həmçinin VI–IX siniflər üzrə vakant şagird yerlərinə, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbinin II–IX sinifləri üzrə vakant şagird yerlərinə qəbul üçün qeydiyyat prosesinə start verilir.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.
Bildirilib ki, qeydiyyat prosesi 20 avqust saat 15:00-dan 24 avqust saat 18:00-dək sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçiriləcək.
Qeyd edək ki, sözügedən təhsil müəssisələrinə qəbul prosesi müəyyən edilmiş qaydalara uyğun olaraq müsabiqə əsasında aparılacaq.
Namizədlər müəyyən edilmiş müddət ərzində sy.edu.az portalına daxil olaraq elektron qaydada qeydiyyatdan keçə bilərlər.


