Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR

Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR

Ermənistan ordusunun qeyri-döyüş şəraitində itkilər verməsi ölkə ictimaiyyətinin narazılığını artırıb.

Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, yüksək rütbəli hərbçilər vəziyyətə nəzarət üçün Azərbaycanla sərhəddəki mövqelərə göndəriliblər.

Nəşr müdafiə naziri Suren Papikyanın da məlumatı təsdiqlədiyini iddia edib.

Qəzetin məlumatına görə, yüksək rütbəli hərbçilərin sərhədə göndərilməsinə səbəb orduda qeyri-döyüş şəraitində ölüm hallarının “misli görünməmiş” səviyyəyə çatmasıdır.

“Hraparak” yazır ki, orduda nizamnamədənkənar münasibətlər, mübahisələr və əsgərlərin ölümü ilə nəticələnən insidentlər baş verir. Nəşr bəzi əsgərlərin intihara sürükləndiyini, bəzilərinin isə öldürüldüyünü qeyd edir.

Bu halların baş verməsində nəzarətin zəif olması və komandirlərin fəaliyyətindəki çatışmazlıqlar əsas səbəblərdən biri kimi göstərilir.

Qəzet yüksək vəzifəli hərbçilərin vəziyyətə nəzarət etmək və qayda yaratmaq məqsədilə 1-2 aylıq müddətə sərhədə ezam edildiyini yazıb.

Nəşrin mənbəsi bildirib ki, bu qərar yalnız kişi hərbçilərə aid deyil. Yüksək rütbəli qadın hərbçilərin də sərhəddəki mövqelərə göndərilə biləcəyi iddia olunur.

Xatırladaq ki, Ermənistanda qadınların orduya cəlb olunması könüllü əsaslarla tənzimlənir. Hökumət qərarına əsasən, qadınlar 6 ay müddətinə könüllü hərbi xidmətə qəbul olunurlar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də