Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rusiyaya qarşı sanksiyalar genişləndirilib

Rusiyaya qarşı sanksiyalar genişləndirilib

İsveçrə hökuməti Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketində nəzərdə tutulan əlavə məhdudiyyətlərin bir hissəsini qəbul edib.

Bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.

Yeni məhdudiyyətlər avqustun 20-dən qüvvəyə minəcək. Enerji sektorunda Rusiyada yerləşən mayeləşdirilmiş təbii qaz terminallarına, qazdaşıyan gəmilərə və buzqıranlara xidmət göstərilməsi, həmçinin tankerlərin Rusiyaya satışı qadağan ediləcək.

Üçüncü ölkələrə satılan tankerlərin müqavilələrində onların Rusiyaya yenidən satılmasını qadağan edən müddəanın olması da tələb ediləcək. Məhdudiyyətlərin bir hissəsi, o cümlədən LNG terminallarına xidmət qadağası, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də