Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda sel XƏBƏRDARLIĞI

Azərbaycanda sel XƏBƏRDARLIĞI

Azərbaycanda avqustun 20-dən 21-dək yağış yağacaq, bəzi dağ çaylarından sel keçəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib.

Bildirilib ki, avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

"Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də