Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanlı deputatlar Qazaxıstana gedirlər

Azərbaycanlı deputatlar Qazaxıstana gedirlər

Milli Məclisin bir qrup deputatı Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya keçiriləcək seçkiləri beynəlxalq müşahidəçi qismində izləmək məqsədilə avqustun 20-də bu ölkəyə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, deputatlar Səbinə Salmanova Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının, Nəsib Məhəməliyev MDB İcraiyyə Komitəsinin, Gülşən Paşayeva ATƏT Parlament Assambleyasının, Günay Əfəndiyeva Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) xətti ilə Astana şəhərində, deputat Hikmət Məmmədov isə TÜRKPA missiyasının tərkibində Almatı şəhərində seçki prosesini izləyəcəklər.

Avqustun 25-də başa çatacaq səfər müddətində deputatlarımız seçki məntəqələrində yaradılmış şərait və hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermənin gedişatını və vətəndaşların fəallığını müşahidə edəcəklər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də