Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident balaca Gülərin ailəsinə traktor bağışladı - VİDEO

Prezident balaca Gülərin ailəsinə traktor bağışladı - VİDEO
Prezident İlham Əliyev iyulun 11-də Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub, kəndə qayıdan sakinlərlə görüşüb.


Görüş zamanı kənd sakini Əsəd Əsədovun ailəsi ilə söhbət edən dövlət başçısından balaca Gülər Əsədova traktor istəyib.

AzTV komandası Kiçik Qaladərəsi kəndində olub, həm kəndə qayıdışdan sonra burada həyatın necə canlandığını, həm də balaca Gülərin arzusunun necə gerçəkləşdiyini lentə alıb.

Qeyd edək ki, Böyük Qayıdış çərçivəsində sakinlərini qarşılayan Kiçik Qaladərəsi kəndinə ilkin mərhələdə 15 ailə – 51 nəfər köçürülüb. Kəndə qayıdış prosesi ilin sonunadək davam edəcək.

Balaca Gülərin Prezidentdən istədiyi traktor isə artıq Əsədovlar ailəsinə təqdim olunub.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də