Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda ev telefonlarından ən çox istifadə edilən RAYONLAR

Azərbaycanda ev telefonlarından ən çox istifadə edilən RAYONLAR

Azərbaycanda şəhər və kənd yaşayış məntəqələrində olan sabit şəbəkə telefonlarının ümumi sayı 2025-ci ildə 834 min 146 təşkil edib.

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2021-ci ildə ölkədə 1 milyon 377 min 164 sabit telefon xətti olub. Beləliklə, beş il ərzində onların sayı 543 min 18 və ya 39,4 faiz azalıb.

2025-ci ildə sabit telefon xətlərinin 645 min 514-ü şəhər, 188 min 632-si isə kənd yaşayış məntəqələrinin payına düşüb. 2021-ci illə müqayisədə şəhərlərdə sabit telefonların sayı 417 min 108, kəndlərdə isə 125 min 910 azalıb.

Bakı şəhərində mənzillərdə olan sabit telefon xətlərinin sayı 2021-ci ildəki 615 min 228-dən 2025-ci ildə 474 min 69-a enib.

İqtisadi rayonlar üzrə şəhər və kənd yaşayış məntəqələrinin ümumi göstəriciləri nəzərə alındıqda, 2025-ci ildə Bakıdan sonra ən çox sabit telefon xətti Şəki-Zaqatala iqtisadi rayonunda qeydə alınıb. Burada 68 min 166 sabit telefon xətti olub. Naxçıvan iqtisadi rayonunda göstərici 63 min 170, Abşeron-Xızıda 48 min 757, Quba-Xaçmazda 41 min 666, Gəncə-Daşkəsəndə 35 min 380 təşkil edib.

Ən aşağı göstərici Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. 2025-ci ildə burada yalnız şəhər yaşayış məntəqələri üzrə 117 sabit telefon xətti göstərilib. Kənd yaşayış məntəqələri üzrə isə göstərici qeyd alınmayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də