Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-si saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2-9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. 

Bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

"Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər", - deyə məlumatda qeyd edilib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də