Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hər öldürülən ABŞ əsgəri üçün 30 min dollar vəd edildi

Hər öldürülən ABŞ əsgəri üçün 30 min dollar vəd edildi
İranlı general ABŞ əsgərlərinin öldürülməsi üçün 30 min dollar vəd edib.

 İran Ordusunun baş komandanı Əmir Hatəmi ABŞ hərbçilərinin öldürülməsi və ya əsir götürülməsinə görə pul mükafatı veriləcəyini açıqlayıb.

Hatəmi Jurnalistlər Günü münasibətilə keçirilən tədbirdə bildirib ki, ABŞ hərbçisini əsir götürən və ya öldürən hər bir iranlıya 30 min dollar mükafat veriləcək.

İranlı general mükafatın “İran xalqı” tərəfindən ödəniləcəyini deyib. Mükafatın verilməsi ilə bağlı əlavə mexanizm və şərtlər barədə isə açıqlama verilməyib.

Bu açıqlama Tehranla Vaşinqton arasında gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də