
Yaponiya Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfərindən sonra Moskvaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir.
Bu barədə NHK məlumat yayıb.
Bildirilib ki, Tokio Rusiya ilə bağlı tədbirləri sərtləşdirmək, o cümlədən hazırda qüvvədə olan sanksiyaları genişləndirmək imkanlarını müzakirə edir.
Yaponiyanın bu addımı Putinin İturupa səfərindən sonra gündəmə gəlib.
Qeyd edək ki, İturup Cənubi Kuril adalarına daxildir. Yaponiya bu ərazilərə iddia edir, Rusiya isə adalar üzərində suverenliyinin mübahisə predmeti olmadığını bildirir.


