Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qarabağ və Şərqi Zəngəzurda 65 yaşdan yuxarı əhalinin SAYI

Qarabağ və Şərqi Zəngəzurda 65 yaşdan yuxarı əhalinin SAYI

İşğaldan azad edilmiş rayonların daxil olduğu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 65 və yuxarı yaşda olan əhalinin sayı artıb.

Bu barədəDövlət Statistika Komitəsindən məlumat verilib. 

Məlumata görə, 2025-ci ilin sonunda Qarabağ iqtisadi rayonunda 72 min 111 nəfər 65 və yuxarı yaşda olub. Bu yaş qrupu iqtisadi rayonun ümumi əhalisinin 9,6 faizini təşkil edib.

2024-cü ildə Qarabağ iqtisadi rayonunda 65 və yuxarı yaşda olanların sayı 67 min 214 nəfər olub. Beləliklə, bir il ərzində göstərici 4 min 897 nəfər və ya 7,3 faiz artıb.

2025-ci ilin sonunda Ağdam rayonunda 65 və yuxarı yaşda olanların sayı 16 min 426 nəfər olub. Bu yaş qrupu rayon əhalisinin 9,3 faizini təşkil edib. Füzuli rayonunda 12 min 448 nəfər və ya əhalinin 9,4 faizi, Şuşa rayonunda 2 min 739 nəfər və ya əhalinin 10,8 faizi 65 və yuxarı yaşda olub.

Xocalı rayonunda bu yaş qrupuna daxil olanların sayı 1492 nəfər, ümumi əhali içərisində payı 9,5 faiz təşkil edib. Ağdərə rayonunda 1207 nəfər və ya əhalinin 9,9 faizi, Xocavənd rayonunda 1172 nəfər və ya əhalinin 9,4 faizi, Xankəndi şəhərində isə 485 nəfər və ya əhalinin 11,1 faizi 65 və yuxarı yaşda olub.

Bu ərazilər arasında yaşlı əhalinin ümumi əhali içərisində ən yüksək payı Xankəndi şəhərində - 11,1 faiz, ən aşağı payı isə Ağdam rayonunda - 9,3 faiz qeydə alınıb.

Şərqi Zəngəzur iqtisadi rayonunda 65 və yuxarı yaşda olan əhalinin sayı 2025-ci ilin sonunda 29 min 221 nəfər təşkil edib. Bu, iqtisadi rayon əhalisinin 9,6 faizinə bərabər olub.

2024-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonunda həmin yaş qrupuna daxil olanların sayı 27 min 316 nəfər idi. Bir il ərzində onların sayı 1905 nəfər və ya 7 faiz artıb.

2025-ci ilin sonunda Cəbrayıl rayonunda 65 və yuxarı yaşda olanların sayı 7650 nəfər, onların ümumi əhali içərisində payı 10,4 faiz olub. Laçın rayonunda 6838 nəfər və ya əhalinin 8,9 faizi, Kəlbəcər rayonunda 6180 nəfər və ya əhalinin 8,5 faizi bu yaş qrupuna daxil olub.

Zəngilan rayonunda 65 və yuxarı yaşda olanların sayı 4845 nəfər, ümumi əhali içərisində payı 11,3 faiz təşkil edib. Qubadlı rayonunda isə 3708 nəfər və ya əhalinin 9,9 faizi 65 və yuxarı yaşda olub.

Şərqi Zəngəzurda yaşlı əhalinin ümumi əhali içərisində ən yüksək payı Zəngilan rayonunda - 11,3 faiz, ən aşağı payı isə Kəlbəcər rayonunda - 8,5 faiz qeydə alınıb.

Ümumilikdə, 2025-ci ilin sonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 65 və yuxarı yaşda olanların sayı 101 min 332 nəfərə çatıb. 2024-cü illə müqayisədə bu iki iqtisadi rayon üzrə göstərici 6802 nəfər artıb.

Qeyd edək ki, məlumatlar iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə statistik göstəriciləri əks etdirir və yalnız işğaldan azad edilmiş ərazilərə faktiki qayıdan şəxslərin sayını göstərmir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də